"Lamborghini" 4 yeni modelini təqdim edəcək - Gələn il isə satış planlaşdırılır

15:25 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. İtaliyanın "Lamborghini" avtomobil şirkəti 2022-ci ildə 4 yeni modelin premyerasını edəcək.

ABC.AZ-ın məlumatına görə, artıq istehsalçının rəhbəri Stefan Vinkelmann sözügedən məsələni təsdiqləyib.

Avtmobil markası yenilənmiş "Urus" krossoverini bəzi iki versiyada, həmçinin "Huracan" idman avtomobilinin iki modifikasiyasını nümayiş etdirəcək. Yeni idman avtomobilinin premyerası 2023-cü ilə planlaşdırılır.

Model yeni V12 mühərriki əsasında hibrid güc qurğusuna malik olacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər