Nağdsız əməliyyatlar artıb - Bank kartları da çoxalıb

15:55 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artıb.

ABC.AZ-ın məlumatına görə, dekabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 182 min ədəd artaraq 11 milyon 40 min ədəd təşkil edib.

Ölkənin əsas Bankından bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.6% artıb.

"Ödəniş kartlarında artım debet kartları üzrə 19%, kredit kartları üzrə 28% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 302 min, digər kartlar isə 1.4 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artıb", - deyə Mərkəzi Bankdan bildirilib.

 

Bütün xəbərlər