8 bank ili xeyirlə, 1 bank isə zərərlə başa vurub - Cədvəl

16:45 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. İndiyədək Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. 

ABC.AZ xəbər verir ki, “Marja”nın araşdırmasına görə, ötən ili, maliyyə göstəricilərini açıqlamış 9 bankdan 8-i xalis mənfəətlə, 1-i xalis zərərlə başa vurub.

Yanvar ayının sonunadək digər bankların da 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayacağı gözlənilir. Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət ilə başa vurub.

2020-ci illə müqayisədə ötən il bank sektorunun xalis mənfəəti 41,2 milyon manat və ya 7,2% artıb.

Azərbaycanın bank sektoru 2020-ci ili 567,8 milyon manat xalis mənfəət ilə bağlamışdı.

 


Bütün xəbərlər