Dövlət Agentliyinin müqavilə imzaladığı tibb müəssisələrinin sayı artıb - Siyahı

16:49 - 24.01.2022


24 yanvar, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

ABC.AZ-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib.

O qeyd edib ki, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə qədər yüksəlib.

Müqavilə imzalanan tibb müəssisələrinin siyahısını təqdim edirik:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

14. Leyla Medical Center

15. Badam Medical Center

16. Lor Hospital

17. Məlhəm Beynəlxalq Hospital

18. "OKİ” Özəl Tibbi Müalicəxanası

19. "Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)

20. Oksigen Klinik Xəstəxanası

21. Diaqnoz Tibb Mərkəzi

22. "Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət

23. Mediland Hospital

24. Medera Hospital

25. Stimul Hospital

26. Medistyle Hospital

27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət

28. "Citolab” MMC

29. "ANES” MMC

30. "Salam Doktor” MMC

31. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

32. İstanbul NS klinikası MMC

33. "Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət

34. "ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL)

Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

 

Bütün xəbərlər