25.01.2022,10:49
25 yanvar, Fineko/abc.az. Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunacaq.
ABC.AZ-ın məlumatına görə, bunu yanvarın 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi nümayəndəsi Aynurə Əhmədova qurumun ötən ilki hesabatını ilə bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir.
"Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir. Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir.
Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir. Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir" deyə A.Əhmədova bildirib.
Müəllif: Elmir Murad
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 56-ya qədər artırılıb
06.05.2022,14:03
20 May 2022 | 17:29
20 May 2022 | 17:26
20 May 2022 | 17:15
20 May 2022 | 17:04
20 May 2022 | 17:02
20 May 2022 | 16:58
20 May 2022 | 16:45
20 May 2022 | 16:36
20 May 2022 | 16:18
20 May 2022 | 16:11
20 May 2022 | 16:08
20 May 2022 | 16:03
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 11:34
20 May 2022 | 12:33
20 May 2022 | 12:10
20 May 2022 | 16:08
20 May 2022 | 12:28
20 May 2022 | 15:45
20 May 2022 | 15:33
20 May 2022 | 16:03
20 May 2022 | 17:04
20 May 2022 | 16:11