Valyuta hərracına tələb artıb

12:39 - 25.01.2022


5 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, yanvarın 25-də valyuta hərracında $102,5 mln satılıb, bu, ötən hərracda olduğundan $2,8 mln (2,81%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $102,5 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər