“Rabitəbank”-da dəyişiklik - Orhan Gültekin birinci müavin təyin olundu

14:09 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. “Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub.

ABC.AZ-ın əldə etdiyi məlumata görə, Orhan Gültekin “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər O.Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbankda İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsini icra edirdi.

Qeyd edək ki, O. Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasını auditor olaraq başlayıb, daha sonra 1997-2001-ci illərdə “Koçbank”-da Satış üzrə müxtəlif idarəedici vəzifələrində çalışıb.

2001-2012-ci illərdə “Yapı Kredi Bank - Türkiyə’’də satış üzrə Regional Direktor və İcraçı vitse-prezident vəzifələrində çalışıb.

Bütün xəbərlər