Bu Bankın depozit portfeli bir ildə 137 milyon manatdan çox artıb - Hesabat

16:07 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. "Turanbank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 49% və ya 137 milyon 220 min artaraq 417 milyon 452 min manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Bankın 2021-ci ilin maliyyə göstəricilərində qeyd olunub.

Bank 2020-ci ilin sonunda 280 milyon 232 min manat cəmi depozitlərə malik idi.

Bununla yanaşı Bank 31 dekabr 2021-ci il tarixində 91 milyon 917 min manat manat məcmu kapitala malik olub.

Müqayisə üçün qeyd edək ki, Bank 31 dekabr 2020-ci il tarixində 82 milyon 215 min manat cəmi kapitala malik idi.

Bütün xəbərlər