Ötən ay elekteik enerjisi istehsalı artıb

16:22 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2591,2 mln. kVt·st, ixracı 289,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 mln. kVt·st, ixrac 127,9 mln. kVt·st artıb, idxal isə 0,2 mln. kVt·st azalıb.

2021-ci  ilin yanvar-dekabr aylarında isə respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2044,8 mln. kVt·st artaraq 27856,0 mln. kVt·st olub.

 

Bütün xəbərlər