Müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq - İlham Əliyev

16:31 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edərkən söyləyib.

“Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

 

Bütün xəbərlər