Doqquz səhmdar cəmiyyəti özəlləşdirildi

25.01.2022,16:57


25 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 yanvarda keçirilən növbəti hərracda 9 səhmdar cəmiyyətinin səhm paketi özəlləşdirilib.

ABC.AZ-ın məlumatına görə, hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə fəaliyyət göstərir.

Hərracda ən yüksək qiymətə səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri “Kürdəmir Aqrotexservis” ASC və “Yevlax Taxılçı” ASC olub.

“Kürdəmir Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 49 952 manata, “Yevlax Taxılçı” ASC-nin 10.07 faizlik səhm paketi isə 38 456 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 190.016 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.