Fermerlərdən alınan pambığın alış qiyməti artırılacaq - Qiyməti belə olacaq

11:08 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar:

"Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".

 

Bütün xəbərlər