Bu ölkədə uçan avtomobil satışa çıxarılacaq - Foto

12:13 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Slovakiyada uçan maşın satışa çıxarılacaq.

ABC.AZ-ın xarici KİV-ə istinadən məlumatına görə, avtomobil 2500 metrdən çox hündürlüyə qalxa bilir.

Bununla yanaşı avtomobil saatda 200 kilometr sürətlə uçur. Avtomobil bu yaxınlarda təqdim olunacaq.

Quruda və göydə məsafələr qət edə bilən bu maşına “AirCar” adı verilib.

Slovakiyada təhlükəsizlik testlərindən keçdikdən sonra rəsmi sertifikat da alıb. 


Bütün xəbərlər