26.01.2022,14:35
26 yanvar, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, ölkəmizdəki mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 mln. manat təşkil edib.
Gəlirlərin 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ildə 6,5%).
Bu göstərici Şabranda 82,2%, Beyləqanda 25,5%, Qubada 22,2%, Naftalanda 21%, Lənkəranda 19,1%, Qəbələdə 16,2%, Bakıda 14,2%, Ağcabədidə 14%, Bərdədə 13%, Göyçayda 12,9%, Cəlilabadda 12,7%, Sabirabadda 12%, Şəmkirdə 11,7%, Şamaxıda 11,2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
20 May 2022 | 17:29
20 May 2022 | 17:26
20 May 2022 | 17:15
20 May 2022 | 17:04
20 May 2022 | 17:02
20 May 2022 | 16:58
20 May 2022 | 16:45
20 May 2022 | 16:36
20 May 2022 | 16:18
20 May 2022 | 16:11
20 May 2022 | 16:08
20 May 2022 | 16:03
20 May 2022 | 15:45
20 May 2022 | 15:33