Azərbaycanda ən bahalı və ən ucuz avtomobil kirayəsinin qiymətləri - Siyahı

26.01.2022,14:50


26 yanvar, Fineko/abc.az. Azərbaycanda avtomobil kirayə bazarının vəziyyəti qənaətbəxş deyil.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Bakıda avtomobil icarəyə verən şirkət nümayəndələri bildirib ki, şərtlərə əsasən, maşınları ancaq iki gündən çox götürmək olar.

Məlum oldu ki, ölkəmizdə ümumiyyətlə, bir günlük avtomobil icarəyə verilmir.

Avtomobili icarəyə götürmək isə elə də çətin deyil.

Bunun üçün şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi lazımdır. Bəzi şirkətlər isə sürücülük vəsiqəsinin verilmə tarixinə baxırlar. Belə ki, vəsiqə ən azı 3 il öncə alınmış olmalıdır. Qiymətlərə gəlincə, bu meyar avtomobilin markasına görə dəyişir. Bunun üçün öncə şirkətə depozit qoyulur.

Depozit minimum 150 manatdan başlayır. Məsələn, ən bahalı icarə haqqı olanlar “Range Rover” və “Gelandewagen” avtomobilləridir. “Range Rover”in günlük icarə haqqı 500 manatdır. “Gelandewagen” üçün isə 400 manat istənilir. Hər iki avtomobilin depozit haqqı 500 manatdır.

Ən ucuz icarə haqqı olan maşınlarda isə qiymət 40 manatdan başlayır. Bu halda depozit olaraq 180 manat tələb olunur.