Dövlətyarlı kəndindəki “Ağıllı kənd”də turizm infrastrukturu yaradılacaq

16:28 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov Füzulinin Dövlətyarlı kəndində salınacaq “Ağıllı kənd”lə bağlı bəzi təfərrüatları açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, deputat kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb:

"Bütün bunlarla yanaşı, kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq.  Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq".

Müəllif: Elmir Murad

Bütün xəbərlər