İşsizlər bura müraciət edərək iş tapa biləcək - 2500 manat maaşlı işlər var

26.01.2022,16:41


26 yanvar, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi istifadəyə verilib.

ABC.AZ-ın məlumatına görə, vətəndaşlar e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur.

Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, istənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər.

"Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 350 manatdan 2500 manatadək dəyişir" deyə qurumdan bildirilib.