Rus milyarderlər Ukrayna krizisinə görə 28 milyard dollar itirdi - Onların siyahısı

26.01.2022,16:55


26 yanvar, Fineko/abc.az. Məlumdur ki, artıq bir müddətdir ki, Rusiya və Ukrayna arasındakı soyuq münasibət daha da gərginləşib.

ABC.AZ-ın məlumatıba görə, Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzü tək siyasi müstəvidə deyil, artıq iqtisadi müstəviyədə keçməyə başlayıb.

Belə ki, Kremllə Kiyev arasında yaranan geosiyasi risklər səbəbindən birja indekslərinin düşməsi rus iş adamlarına da təsir edib.

Qeyd olunur ki, 2021-ci ilin dekabr ayının sonundan 2022-ci ilin yanvarına kimi “Forbes”in siyahısına daxil olan 104 rusiyalının ümumi sərvəti 27,9 milyard dollar azalıb.

Gəlirləri azalanlar siyahısında “Novatek” və “Sibur”un rəhbəri Leonid Mixelson, “Novatek” və “Sibur” Direktorlar Şurasının üzvü Gennadi Timçenko, Federasiya Şurasının üzvü Süleyman Kərimov, “Severstal”ın rəhbəri Aleksey Mordaşov, “Arrival” elektromobil istehsalçısının rəhbəri Denis Sverdlov, SUEK və “Avroxim”in rəhbəri Andrey Melniçenko, “Nornikel”in rəhbəri Vladimir Potanin kimi milyarderlərin adları var.

Müəllif: Elmir Murad