Türkiyədə lirə ucuzlaşdı, dönər də bahalaşdı – 9 manat oldu

10:22 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Məlum olduğu kimi Türkiyədə lirənin dollar qarşısında dəyər itirməsi digər ərzaqlara da təsirsiz ötüşmür.

ABC.AZ-ın məlumatına görə, lirənin ucuzlaşmasından sonra əhali də bəzi günlük xərclərini biraz qısıltlayıb.

Belə ki, ərzaqların durmadan bahalaşdlığı ölkədə artıq iaşə obyektlərində də qiymət artımı nəzərə çarpır.

Sözügedən sektorda ən çox qiymət artımı isə hamımızın, əsasən də uşaqların sevdiyi dönərin qiymətində müşahidə olunur.

Artıq Türkiyədə dönər nə az, nə çox 68 lirədən yəni Azərbaycan pulu ilə 9 manatdan satılır. Vəziyyət o yerə çatıb ki, dönərin bahalaşmasını artıq ölkə kanalları belə yayımlayır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər