“Bakı Metropoliteni” auditor axtarır

11:46 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. "Bakı Metropoliteni"  QSC 2021- ci il yekununa görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun maliyyə hesabatlarının audit olması xidmətinin satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 350 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 16.02.2022 15:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.02.2022 15:00 qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs: Farhad Ibrahimov, [email protected]

 

Bütün xəbərlər