Azərbaycana dron gətirilməsi məsələsi həll edilməlidir - Osman Gündüz

12:22 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. "Azərbaycana dron gətirilməsi ilə bağlı hələ də qeyri-müəyyən vəziyyət var. Bunun üçün bir neçə qurumdan icazə alınmalıdır. Bu məsələni həll etmək lazımdır".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.

"İcazə məsələsini həll etmək üçün proqram müəyyən edilməlidir. Mən bu proqramı hazırlamaq üçün dəstək verə bilərəm", - deyə o, qeyd edib.

 

Bütün xəbərlər