Qarabağda televiziya yayımı tam olaraq nə vaxt təşkil ediləcək?

15:51 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Hazırda Qarabağın 35%-də televiziya yayımı var. Bu ilin sonuna qədər göstərici 100%-ə çatdırılacaq.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən seminarda bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 72%-də 2G, 40%-də 3G, 50%-də isə 4G şəbəkəsi var.

"Qarabağda genişzolaqlı internet şəbəkəsi yaratmaq üçün 1 400 km-lik fiberoptik kabelin çəkilməsinə start verilib. Biz artıq televiziyalarda rəqəmsal yayıma keçmişik. Radiolarda isə 2026-cı ilə qədər tam rəqəmsallaşmaya nail olmağı düşünürük”, - deyə o, əlavə edib.

 

Bütün xəbərlər