Parklanma yerləri barədə müvafiq iş aparılır - Detallar

16:01 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Azərbaycan hökuməti parklanma yerləri ilə əlaqədar tariflərin müəyyənləşdirilməsi üçün müvafiq sənəd üzərində iş aparır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, tariflərin Bakı, eləcə də digər şəhər və rayonlar üzrə parklanma yerindən asılı olaraq müəyyən edilməsi nəzərdən keçirilir. Hazırda ölkədə parklanma yerləri ilə bağlı tariflər mövcud deyil.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün BNA tərəfindən beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Hazırda paytaxtda 15 min avtomobillik parklanma yeri müəyyənləşib.

Layihə yanvarın 25-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

 

Bütün xəbərlər