17:34 - 27.01.2022
27 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca hava nəqliyyat vasitələri çıxarılacaq.
ABC.AZ xəbər verir ki, Dövlət Xidməti tərəfindən həmin hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır.
Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.
“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
9 İyun 2023
7 İyun 2023
7 İyun 2023