Bu il inflyasiyanın 6,6-7,7 faiz dəhlizində formalaşacağı gözlənilir - Baş Bamkir

14:45 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, bu il inflyasiyanın 6,6-7,7 faiz dəhlizində formalaşacağı gözlənilir.

Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapozonunun (2-6%) mərkəzinə qayıdacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.

Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.

Bütün xəbərlər