İşğaldan azad edilmiş ərazilərdə su təchizat sisteminin yaxşılaşdırılması davam edir

15:46 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. “Azərsu” ASC tərfindən işğaldan azad edilmiş ərazilərdə istismar işlərinin asanlaşdırılması və işçilərin əmək şəratinin yaxşılaşdırılması məqsədilə yeni nəqliyyat vasitələri alınaraq xidmət ərazilərinə yola salınıb.

ABC.AZ xəbər verir ki, aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsi ilə təmin edilib.

Qeyd olunur ki, xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4  ədəd sudaşıyan maşın, 3 ekskovator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ  markalı nəqliyyat vasitəsi alınıb.

Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.

 


Bütün xəbərlər