Azərbaycanın ötən il ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr açıqlanıb

16:57 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, Azərbaycanın keçən il ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və Almaniya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 9 milyard 243,5 milyon ABŞ dolları, Xorvatiyaya 751,2 milyon dollar, Almaniyaya isə 650,2 milyon dollar təşkil edib.

 

Bütün xəbərlər