Azərbaycanın ən çox ixrac həyata keçirən şirkətləri – Siyahı

12:03 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. “İxrac İcmalı”nın yanvar sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda  “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Sun Food” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Çinar Aqro” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət  LTD” MMC-i qərarlaşıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər