Azərbaycan Sosial Fondunun dövlət büdcəsinə transferti təxminən 80 milyard manata çatdı

14:56 - 27.04.2018


27 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2003-cü ildən dövlət büdcəsinə transfertin məbləğini açıqlayıb.

Fondda bildirildiyi kimi, birinci rübdə dövlət büdcəsinə transfert 2,299 milyard manat təşkil etmişdir.

“2003-cü ildən 2018-ci il aprelin 1-dək dövlət büdcəsinə sosial fondun xətti ilə 79,916 milyard manat transfert edilmişdir”, - məlumatda belə deyilir.