Bu şirkət ixracını 52 faiz artırıb – Hesabat

14:12 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayı təqdim olunub.

ABC.AZ-ın məlumatına görə, icmalda Azərbaycanın iri metallurgiya şirkəti olan “Baku Steel Company” 2021-ci ildə 45,6 milyon ABŞ dolları dəyərində məhsullar ixrac etdiyi qeyd olunub.

Belə ki, şirkətin ixracı 2020-ci illə müqayisədə 52% artıb.

Müqayisə üçün qeyd edək ki, “Baku Steel Company” 2020-ci ildə 30 milyon dollarlıq ixrac həyata keçirmişdi.

 

Bütün xəbərlər