Kəlbəcərdə itkin düşmüş zabitimizin nəşi tapıldı - Nazirlik məlunat yaydı

16:21 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. Azərbaycan Ordusunun Kəlbəcərdə itkin düşən baş leytenantının nəşi tapılıb.

Müdafiə Nazirliyindən ABC.AZ-a bildirilib ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər