Azərbaycana zərərli taxta materiallarının ixracı dayandırıldı

16:49 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. Komidə Azərbaycana ixracı üçün nəzərdə tutulan 115 kubmetr həcmində taxta materiallarda təhlükəli zərərverici aşkar edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimal Dəniz Regionlararası İdarəsinin yaydığı məlumata görə, zərərverici aşkar edildikdən sonra məhsul karantinə göndərilib.

Məhsulun sahibinə, taxta materialları təcrid olunan yerə saxlanılması və karantin obyektlərinin məhv edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Karantin obyektləri ilə mübarizə qaydalarının pozulmasına görə inzibati xəta işi açılıb. İdarənin qərarı ilə məhsulun sahibi 6 min rubl məbləğində cərimələnib.

 

Bütün xəbərlər