Avropanın bu ölkəsinə də vizasız gedə biləcəyik - Prezidentin imzası gözlənilir

16:05 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan götürülür.

ABC.AZ-ın məlumatına görə, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Layihənin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanması gözlənilir.

Qeyd edək ki, ölkələr arasında viza rejiminin ləğvinə dair saziş 2021-ci ilin oktyabrın 11-i Belqradda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiyanın XİN rəhbəri Nikola Selakoviç ilə görüşü zamanı imzalanıb.

Xatırladaq ki, ötən ay Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunmuşdu.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər