WizzAir şirkəti tərəfindən Bakıya uçuşlar artırıla bilər - Müzakirə aparılıb

17:11 - 3.02.2022


3 fevral, Fineko/abc.az. 2022-ci ildə ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün ciddi əsaslar yaradılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə brifinqdə deyib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır.

“Macarıstan dövləti Cənub Qaz Dəhlizi üzrə məşvərət şuralarının iclaslarında iştirak edir. Cənubi Qaz Dəhlizi layihəsi genişləndirilsə, bundan Macarıstan da faydalana bilər”, - deyə Ceyhun Bayramov əlavə edib.

Nazir bildirib ki, macarıstanlı həmkarı ilə görüşündə “WizzAir” şirkəti tərəfindən uçuşların artırılmasını müzakirə edib.

 

Bütün xəbərlər