Sabah növbəti “Baku Shopping Festival”ı başlanır

30.04.2018,11:36


30 aprel, Fineko/abc.az. Sabah üçüncü  “Baku Shopping Festival”ı başlanır.

“Baku Shopping Festival” mayın 1-dən mayın 31-də qədər davam edəcək.

Azərbaycan Konqreslər Bürosunda daha öncə qeyd olunduğu kimi, festivalda geyim, elektronika, məişət texnikası, mebel, kosmetika və ətriyyat  və s. sahələrdə ixtisaslaşmış 800-ə yaxın mağaza iştirak edəcək.

Birinci festivalda 31 vergi ödəyicisinin 172 təsərrüfat subyekti, ikincisində isə 77 vergi ödəyicisinin 493 subyekti iştirak edib. İlk festivalda alıcılara 1,537 milyon manat, ikinci festivalda isə 3 388 milyon manat dəyərində əlavə dəyər vergisi kompensasiya edilib. Əvvəlki iki ticarət festivalında, alıcılara 7 bank tərəfindən xidmət göstərilmişdir, hazırkı festivalda isə 10 bank iştirak edir.

 

Açar sözlər: Shopping Festival