Türkiyədən bir ayda 3 milyon dollardan çox geyim ixrac edilib

15:50 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Türkiyənin Azərbaycana ixrac etdiyi geyim məhsullarının həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Türkiyədən Azərbaycana 3 milyon 541 min ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% çoxdur.

Ötən ay Türkiyənin ümumi geyim ixracının dəyəri isə illik müqayisədə 5,5% çox – 1 milyard 596 milyon 441 min dollar təşkil edib.

Qonşu ölkənin geyiminin ən böyük idxalçıları Almaniya (323,1 milyon dollar, 7,3% çox), İspaniya (180,2 milyon dollar, 4,9%) və Hollandiya (146,657 milyon dollar, 5,1% çox) olub.

 

Bütün xəbərlər