Azərbaycanda 75 dövlət obyekti və müəssisəsi özəlləşdirməyə çıxarıldı

12:12 - 30.04.2018


30 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının obyektlərinin özəlləşdirilməsi üzrə hərraclar keçirməyə davam edir.

Dövlət Komitəsindən verilən məlumata əsasən, növbəti hərrac mayın 29-da keçiriləcək.

“Hərraca 75 obyekt, o cümlədən, 24 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisəsi, 13 istifadəsiz qeyri-yaşayış sahəsi, 35 nəqliyyat vasitəsi təqdim ediləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər