Bank Respublika şəhid ailələrinə və qazilərə dəstək olmağa davam edir!

15:46 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməkdə davam edir.

Növbəti belə xeyirxah addım yanvar-fevral aylarında Cəlilabad və Mingəçevirdə həyata keçirilən tədbirlər çərçivəsində atılıb. Belə ki, Bankın əməkdaşları layihə çərçivəsində şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları ilə görüşərək, onları heyvandarlıq təsərrüfatlarının qurulması üçün əvəzsiz olaraq mal-qara və yemlə təmin edib.

Qeyd edək ki, Özünüməşğulluq layihə çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-ə yaxın işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bütün xəbərlər