Bazarlarda vergi postları qurula bilər

10:08 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Bu ildən topdansatış mərkəzlərində və bazarlarda vergi postları qurula bilər.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə olunub.

Belə ki, Məcəlləyə əlavə olunan 23.1.3-1-ci maddəyə əsasən, malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilib.

 

Bütün xəbərlər