Dünyanın ən böyük qara almazı satıldı - Hərracda almaza 4,3 milyon dollar verildi

17:11 - 10.02.2022


10 fevral, Fineko/abc.az.  Dünyanın ən böyük cilalanmış qara almazı hərracda 3,16 milyon funt sterlinqə yəni 4,3 milyon dollara satılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə BBC-i xəbər yayıb.

Qeyd olunub ki, sözügedən almazın adı Eniqma adlanır. 555,55 karatlıq qiymətli daşın mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür.

Bir milyard yaşı olduğu təxmin edilən Eniqmanın asteroid vasitəsilə Yer planetinə gəlməsi barəsində də nəzəriyyələr mövcuddur.

 

Bütün xəbərlər