İstehlak bazarındakı strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq

17:29 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezident ilə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini  Prezidentə təqdim etməlidir.

 

Bütün xəbərlər