Ümumi pensiya məbləğləri hər il artırılacaq? - Deputatdan şərh

10:48 - 11.02.2022


11 fevral, Fineko/abc.az. "Pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır. Qeyd edək ki, söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir. Hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir. Daha çox da suallar pensiyaya çıxmış hərbçilərin pensiyaların indeksləşdirilməsi və pensiyaların artıb-artmaması ilə bağlı olur".

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" səhifəsində paylaşım edib.

Deputat qeyd edib ki, “Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığı üçün indekləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir.

"Bununa belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq. Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər", - deyə deputat bildirib.

Bütün xəbərlər