Ötən ay ən çox bahalaşan ərzaq məhsulları - Siyahı

15:49 - 11.02.2022


11 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyaiya göstəricisi) 2021-ci ilin yanvar ayına nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 faiz artıb.

ABC.AZ Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz artıb.

2022-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,6 faiz yüksəlib.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər