Bu qeyri-ərzaq məhsulları bahalaşıb – Siyahı

16:06 - 11.02.2022


11 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz artıb.

ABC.AZ Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, televizorların, noutbukların, paltaryuyan maşınların və toz şəklində sintetik yuyuсu vasitələrin qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər