Ötən il 100 manata alınan ərzaqları almaq üçün indi 113 manat tələb edilir

16:33 - 11.02.2022


11 fevral, Fineko/abc.az. İnflyasiya - qiymətlərin ümumi səviyyəsinin yüksəlməsilə bərabər, pulun (milli valyutanın) alıcılıq qabiliyyətinin (alış gücünün) azalmasıdır.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mal və xidmətlər bahalaşdığından müəyyən nominalda pul ilə bir müddət sonra eyni mal və xidmətləri almaq olmur.

Məsələn, ölkədə illik 13% inflyasiya qeydə alınmışdırsa, bu o deməkdir ki, bir il (12 ay) əvvəl 100 manata alınan malları hazırda almaq üçün 113 manat tələb olunur.

2022-ci ilin yanvar ayında Azərbaycanda illik inflyasiya 13%-ə yaxınlaşıb.

2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar ayına nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 faiz artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər