Mövqelərimiz yenə atəşə tutulub - Nazirlik məlumat yaydı

11:16 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

ABC.AZ-ın məlumatına görə, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Bütün xəbərlər