Azərbaycan Avropa Birliyinə yun ixrac edə bilər - Razılıq əldə edilib

11:38 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində tanınmağa başlanıb.

ABC.AZ-ın məlumatına görə, ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur.

Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılmış, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib. Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır.

Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər. 

 

Bütün xəbərlər