Bakının ən gəlirli yerləri - Siyahı

17:17 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Ötən il Bakı şəhərinin bütün ticarət müəssisələrində malların satışından, işlərin görülməsi və xidmətlərin göstərilməsindən 22,580 mlrd. manat gəlir əldə olunub.

ABC.AZ xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 35,4% çoxdur.

Qeyd edək ki, sözügedən göstərici qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmaqla, ƏDV və aksiz vergisi çıxılmaqla hesablanıb.

APA Bakı şəhərində yerləşən ticarət müəssisələrinin rayonlar üzrə ötən il qeydə alınmış gəlirlərinin renkinqini hazırlayıb:

#

Rayonlar

Gəlir, mln. manat

İllik dinamika

1

Nizami

5 269,1

30,7%

2

Nərimanov

4 635,6

35,6%

3

Nəsimi

3 652,5

30,4%

4

Yasamal

2 427,4

2,2 dəfə

5

Binəqədi

2 376,6

31,0%

6

Xətai

1 624,2

22,9%

7

Səbail

1 019,5

12,2%

8

Sabunçu

642,4

-2,9%

9

Qaradağ

369,5

56,4%

10

Suraxanı

324,2

75,9%

11

Xəzər

232,7

20,7%

12

Pirallahı

5,8

9,0%

Bütün xəbərlər