Şuşa Bəyannaməsinin iqtisadi tərəflərini - Deputat şərh etdi

11:18 - 17.02.2022


17 fevral, Fineko/abc.az. "Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı ölkələr üçün tarixi əhəmiyyət daşıyacaq Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki dövlət tərəfindən ratifkasiya olundu və artıq tam hüquqi qüvvəyə malikdir: "Ermənistanın da buna reaksiyası çox yubanmadı. İrəvanda bu əməkdaşlıqdan məmun olmadığını dilə gətirənlər heç də az deyil. Baxmayaraq ki, Ermənistanda hər iki ölkə ilə sülh anlaşmasının imzalanmasından da danışılır. Bəyannamə hər iki ölkənin strateji münasibətlərinin daha dərinləşməsi baxımından vacibdir. Bu uzun müddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaradacaq. Sənədin iqtisadi tərəflərinə gəldikdə, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir.  Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”.

 

 

Bütün xəbərlər