Hindistan Azərbaycanda öz məhsullarının satışını artıra bilər

17:01 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Hindistan istehsalı olan məhsulların Azərbaycanda çeşidləri artırıla bilər.

ABC.AZ-ın məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Azərbaycan-Hindistan işgüzar görüşü zamanı deyib.

Səfir qeyd edib ki, Hindistan uzun müddətdir ki, Azərbaycan bazarında mövcuddur.

"Hindistan Azərbaycan bazarına informasiya texnologiyaları və elektron avadanlıqlar, mobil telefonlar təqdim edə bilər. Azərbaycan Hindistan məhsulları üçün vacib bazarlardan biridir. 2021-ci ildə Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 27 faiz artıb. Bu isə iki ölkə arasında sıx əməkdaşlığın olduğunu göstərir", - deyə B.Vanlalvavna deyib.

 

Bütün xəbərlər